Nuşirəvan Məhərrəmli: “Özəl şirkətlərə və özəl televiziyalara uşaq kanalı yaratmağı həvalə edə bilmərik”

Nuşirəvan Məhərrəmli: “Özəl şirkətlərə və özəl televiziyalara uşaq kanalı yaratmağı həvalə edə bilmərik”
# 26 aprel 2013 08:11 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. “Dövlət uşaq kanalı üçün maliyyə vəsaiti ayırarsa, biz də bunu uğurla həyata keçirərik. Uşaq kanalı ilə bağlı məsələni həvəskarlara həvalə edə bilmərik”. APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda ixtisaslaşmış kanalların yaranması o qədər də asan məsələ deyil: “Özəl şirkətlərə və özəl televiziyalara uşaq kanalı yaratmağı həvalə edə bilmərik. Ümumiyyətlə, bizim kimi ölkələrdə ixtisaslaşmış kanallarla bağlı praktikaya çox az rast gəlinir. Azərbaycanda idmana və mədəniyyətə yüksək qayğı göstərildiyi üçün bu cür kanallar yaradılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR