MHP millət vəkili Ankarada müalicə alan Azərbaycan əsgərlərinə baş çəkib - FOTO

MHP millət vəkili Ankarada müalicə alan Azərbaycan əsgərlərinə baş çəkib - <span style="color: red;">FOTO
# 15 avqust 2014 07:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyyətçi Hərəkat Partiyasından olan üzvü Sinan Oğan Ankarada müalicə alan Azərbaycan Silahlı Qüvvələrinin yaralı hərbçilərinə baş çəkib.

APA-nın bildirdiyinə görə, bu barədə Sinan Oğan «Facebook» şəxsi səhifəsində məlumat verib.

«Azərbaycanda erməni hücumları nəticəsində yaralanan və müalicəyə gələn Azərbaycan əsgərlərini ziyarət etdik. Həm keçmiş olsun dedik, həm də hər cür dəstəyimizin onlarla olduğunu söylədik. Ayrıca həkimlərlə də görüşüb ehtiyaclarını öyrəndik. Əsgərlərimizin Azərbaycandakı ailələri ilə görüşüb övladlarının burada əmin əllərdə olduqlarını ifadə etdik», - deyə S. Oğan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR