Bakıda "Liderliyin inkişafı və idarəetmə sahəsində bacarıqların artırılması” mövzusunda təlim keçirilib - FOTO

Bakıda "Liderliyin inkişafı və idarəetmə  sahəsində bacarıqların artırılması” mövzusunda təlim keçirilib - <span style="color: red;">FOTO
# 15 aprel 2013 09:12 (UTC +04:00)

Bakı-APA. “Grand Avropa” otelində BMT İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi çərçivəsində "Liderliyin inkişafı və idarəetmə sahəsində bacarıqların artırılması” mövzusunda təlim keçirilib. APA-nın məlumatına görə, təlimin məqsədi layihəyə müxtəlif universitetlərdən seçilmiş gənclərin liderlik və idarəetmə sahəsində bacarıqlarının daha da artırılması və bu sahə haqqında ətraflı məlumatın gənclərimizə çatdırılmasıdır.

Tədbirin təlimçisi, Azərbaycan Turizm İnstitutunun prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov tərəfindən təlim iştirakçıları üçün “Liderlik”, “Uğurlu lider necə olmalıdır?”, “Yaxşı idarəetmə” və digər mövzularda təqdimatlar keçirilib. Eyni zamanda “Liderlər nə edirlər?”, “Hansı liderlik keyfiyyətləri komandanı motivasiya edir?”, “Müxtəlif vəziyyətlərdə idarəetmə üslublarını necə uyğunlaşdırmalı?” və s. mövzular ətrafında iştirakçılarla birgə maraqlı və interaktiv müzakirələr aparılıb.

Xatırladaq ki, “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR