Milli Dirçəliş Hərəkatı Partiyası bələdiyyə seçkiləriylə bağlı açıqlama yayıb

Milli Dirçəliş Hərəkatı Partiyası bələdiyyə seçkiləriylə bağlı açıqlama yayıb
# 23 dekabr 2014 20:37 (UTC +04:00)

Bakı-APA. “Biz Milli Dirçəliş Hərəkatı Partiyası olaraq bələdiyyə seçkilərinin önəmini olduqca yüksək dəyərləndiririk”. Milli Dirçəliş Hərəkatı Partiyasından (MDHP) APA-ya daxil olmuş bəyanatda belə qeyd olunub.

Bəyanatda bildirilib ki, bu seçkilərdə iştirak etmək üçün partiyanın 125 üzvünün namizədliyi təsdiqlənib.

Partiya qeyd edib ki, gün ərzində seçki prosesini 70 seçki dairəsində müşahidə edib, bu dairələrdə aşkarlanmış pozuntulara dərhal müdaxilə edilib, aradan qaldırılıb.

MDHP qeyd edib ki, bələdiyyə seçkilərindəki nəticələrindən asılı olmayaraq, bundan sonra da yerli özünüidaretmənin nüfuzunun artırılması istiqamətində, malik olduğu platformanın tətbiq edilməsinə çalışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR