Rusiyanı "Eurovision" musiqi yarışmasında Polina Qaqarina təmsil edəcək

Rusiyanı "Eurovision" musiqi yarışmasında Polina Qaqarina təmsil edəcək
# 10 mart 2015 10:31 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. 60-cı "Eurovision" musiqi yarışmasında Rusiyanı təmsil edəcək müğənninin kimliyi bəlli olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vyanada keçiriləcək yarışmada Rusiyanı Polina Qaqarina təmsil edəcək.

Bu barədə öz "Facebook" səhifəsində yazan P. Qaqarina müsabiqədə ifa edəcəyi mahnının hazır olduğunu və ona klip çəkildiyini bildirib. İngilis dilində olan mahnının sözlərinin müəllifi İsveçdən olan qrupdur.


Qeyd edək ki, keçən il Rusiyanı "Eurovision" musiqi yarışmasında Anastasiya və Mariya Tolmaçova bacıları təmsil ediblər. Onlar yarışmada 7-cı yeri tutublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR