IDEA Kampaniyası «İstedadlar klubu» layihəsi ilə əməkdaşlıq çərçivəsində növbəti təşəbbüsün təqdimatını keçirib - FOTOSESSİYA

IDEA Kampaniyası «İstedadlar klubu» layihəsi ilə əməkdaşlıq çərçivəsində növbəti təşəbbüsün təqdimatını keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 16 fevral 2013 16:22 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. IDEA Kampaniyası və «PwC Azərbaycan» şirkəti tərəfindən ötən ildən başlayan «İstedadlar klubu» layihəsi ilə əməkdaşlıq çərçivəsində növbəti təşəbbüsün təqdimatı keçirilib.

Kampaniyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, «İstedadlar Klubu» tələbələri üçün nəzərdə tutulan və gələcəkdə karyera həyatında zəruri olan biznes biliklərini təmin etməyə yönələn bir proqramdır. Tələbələr minlərlə gənc arasında bir neçə müsabiqə mərhələlərindən uğurla keçərək layihədə iştirak üçün seçiliblər. Hazırda layihə çərçivəsində tələbələrin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi məqsədilə «Biznes yazışma», «Korporativ maliyyə», «Ünsiyyət bacarıqları», «Aparıcı araşdırma üsulları», «Komanda işi», «İctimaiyyətlə əlaqələr strategiyası», «Layihələrin idarə edilməsi» və s. mövzularda müxtəlif məşğələ-təlimlər keçirilir.

Münsiflər heyəti tərəfindən müxtəlif peşəkar meyarlar əsasında qiymətləndirilən təqdimatlardan I yeri tutan layihə təklifi IDEA Kampaniyası və «PwC Azərbaycan»ın dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (İnternational Dialogue for Environmental Action) - Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası 2011-ci ildən bu günə qədər bir çox nüfuzlu beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq etməklə yanaşı qlobal ekoloji şəbəkənin yaradılmasına töhfə verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR