Zaqatalada iki yanğın baş verib

Zaqatalada iki yanğın baş verib
# 26 yanvar 2013 07:34 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda bir gündə iki yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Birinci yanğın hadisəsi yanvarın 26-na keçən gecə rayonun Qazmalar kəndində Laçınov Əmrahın yaşadığı evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 40 kv/m olan mal tövləsində baş verib. Hadisə yerinə FHN-nin Zaqatala rayon YMH-nin əməkdaşları və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və tövlənin çardağına yığılmış 1 ton quru ot kütləsi yanıb. Yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb.

Digər yanğın hadisəsi bu gün səhər saatlarında rayonun Yuxarı Çardaqlar kəndində Mahmudova Zübeydət Ramazan qızına məxsus, ümumi sahəsi 260 kv/m olan ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evində baş verib. Baş vermiş yanğın nəticəsində ikimərtəbəli evin çardaq hissəsinin yanar konstruksiyaları tamamilə və 4 otaq içərisindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğın zamanı ev sahiblərindən xəsarət alan olmayıb.

Hər iki yanğın hadisəsi ilə bağlı Zaqatala rayon YMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR