Azərbaycanda 200 minə yaxın şəkərli diabet xəstəsi var

Azərbaycanda 200 minə yaxın şəkərli diabet xəstəsi var
# 10 iyul 2014 12:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Azərbaycanda 200 minə yaxın şəkərli diabet xəstəsi var. APA-nın xəbərinə görə, Bakı Sağlamlıq Mərkəzində jurnalistlərə açıqlama verən tibb müəssisənin direktoru Tərlan Bəbirov bildirib ki, mart ayından vətəndaşları qəbul edən mərkəzə ən çox məhz şəkərli diabet xəstələri müraciət edir.

T. Bəbirov deyib ki, ötən müddət ərzində ən çox müraciətlər endokrinoloji şöbəyə daxil olub. Onun sözlərinə görə, şəkərli diabet xəstələrinə pulsuz tibbi xidmət göstərən endekronoloji şöbədə xəstələr gündə 4 dəfə yeməklə təmin olunur.

Mərkəzin direktoru əlavə edib ki, müraciət edənlər arasında nevroloji xəstələr də üstünlük təşkil edib: “Bakı Sağlamlıq Mərkəzində əhaliyə tam pulsuz tibbi xidmət göstərilir. Burada müasir avadanlıqlar və yüksək səviyyəli həkim personalı var. Buna görə də əhali Bakı Sağlamlıq Mərkəzində yüksək səviyyəli və pulsuz tibbi xidmətdən yararlana bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR