Poroşenko: “normand dördlüyü” Donbasa sülhməramlıların yeridilməsini müzakirə edəcək

Poroşenko: “normand dördlüyü” Donbasa sülhməramlıların yeridilməsini müzakirə edəcək
# 04 aprel 2015 21:53 (UTC +04:00)

Bakı-APA. Yaxın zamanlarda “normand dördlüyü” (Ukrayna, Rusiya, Fransa, Almaniya) ölkələrinin xarici işlər nazirlərinin görüşü baş tutacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko “5-ci kanal”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, görüşdə Donbasa sülhməramlıların yeridilməsinin konkret detalları müzakirə ediləcək.

“Hətta qeyd edə bilərəm ki, “normand dördlüyü” bu məsələ ilə bağlı razılığa gəlib. Mən bu haqda ilk dəfə deyirəm. Yaxın zamanlarda məsələnin formatı, müddəti və s. ilə bağlı xarici işlər nazirlərinin görüşü baş tutmalıdır”, deyə P.Poroşenko bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR