Şabranda narkotik plantasiyası aşkarlanıb

Şabranda narkotik plantasiyası aşkarlanıb
# 10 iyul 2014 10:48 (UTC +04:00)

Şabran. Vəli Turan - APA. Şabran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotik maddə olan çətənə kollarını yetişdirən şəxs saxlanılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Dəhnə kəndi ərazisində narkotik plantasiyası aşkar edilib.

Araşdırmalar zamanı narkotiki yetişdirən Siyəzən rayon sakini, 1967-ci il təvəllüdlü Səməndər Balasultan oğlu Nəcəfov tutulub.

Polis plantasiyadan 130 ədəd çətənə kolu aşkarlayıb. S.Nəcəfov əməlini etiraf edib və narkotik istifadəçisi olduğunu deyib.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR