Millət vəkili Xanhüseyn Kazımlı: «Azərbaycanın qiymətləndirmə sektorunda banklar inhisarçılıq yaradıb»

Millət vəkili Xanhüseyn Kazımlı: «Azərbaycanın qiymətləndirmə sektorunda banklar inhisarçılıq yaradıb»
# 04 mart 2013 09:48 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri, Milli Məclisin üzvü Xanhüseyn Kazımlı bildirib.


Onun sözlərinə görə, hazırda qiymətləndirmə sektorunda bankların inhisarçılığı hökm sürür: «Banklar özlərinə uyğun olan qiymətləndirmə firmaları yaradıb. Onların da nə peşəkarığı, nə də ki hüququ əsasları yoxdur. Çünki onlar qiymətləndirici deyillər».

X.Kazımlı vurğulayıb ki, banklar kredit almaq üçün müraciət edən sahibkarların təqdim etdiyi girovu yalnız özlərinə yaxın olan qiymətləndirici şirkətlər vasitəsi ilə qiymətləndirirlər. Bu da bəzi hallarda girovun real dəyərindən qat-qat aşağı qiymətləndirilməsinə səbəb olur: «1 milyon manat dəyəri olan əmlaka bankın öz qiymətləndiricisi cəmi 200 min manat qiymət qoyur ki, bu da sahibkara verilən kreditin məbləğinin çox kiçik olması ilə nəticələnir».


Millət vəkili bildirib ki, qiymətləndirmə sahəsində hökm sürən inhisarçılıq regionda fəaliyyət göstərən sahibkarların bankdan kredit götürmə prosesini çətinləşdirir. Çünki banklar regiondakı əmlakı qiymətləndirməkdən və girov kimi qəbul etməkdən imtina edir, sahibkarların qarşısına girov kimi Bakıdakı əmlakı təqdim etmə tələbini qoyur: «Bu isə iqtisadi demokratiya prinsiplərinə tamamilə ziddir və sahibkarların hüquqlarını pozur».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR