Azərbaycan banklarında olan depozitlərin həcmi 25,5% artıb

Azərbaycan banklarında olan depozitlərin həcmi 25,5% artıb
# 03 oktyabr 2014 13:52 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2014-cü ilin sentyabrın 1-nə 14 639,8 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 978,3 mln. manat və ya 25,54% artıb. O cümlədən, son bir ayda depozitlərin həcmi 81,7 mln. manat və ya 0,56% artıb.

Depozitlərin tərkibində 6 992,8 mln. manatı və ya 47,77%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əhalinin əmanətlərin həcmi 2013-cü ilin sentyabrın 1-nə nisbətən 902,4 mln. manat və ya 14,82% artıb.

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin sentyabrın 1-nə 7 647,1 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 2 076 mln. manat və ya 37,26% artıb.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 4 022,6 mln. manatı və ya 52,60%-i maliyyə təşkilatların depozitlərinin, 3 624,5 mln. manatı və ya 47,40%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR