Füzulidə 100 ha sahədə biçilmiş taxıl sahəsi yanıb

Füzulidə 100 ha sahədə biçilmiş taxıl sahəsi yanıb
# 08 iyul 2016 20:44 (UTC +04:00)

Bakı-APA. Füzulidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Füzuli rayonu, Alxanlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 100 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

Yaxınlıqdakı biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR