Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Dekabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Dekabr - <span style="color: red;">VİDEO
# 11 dekabr 2014 17:07 (UTC +04:00)
Qayınana-gəlin mövzusu... Amma mən törədilən bu tükürpədici qətli həmin problemlə əlaqələndirmək istəmirəm. Çünki problem ifadəsi baş verən bu qorxunc hadisənin fonunda çox cılız səslənir. Azərbaycan insanının ömrünün ən xoşbəxt günlərindən biri baba, nənə olduğu gündür. Azərbaycanlılar hətta nəvə sahibi olmaq üçün övladlarını bəzən tez evləndirirlər. Nəvə haqqında babaların, nənələrin el məsəlinə çevrilmiş deyimlər də var. İlk nəvəni məhz onların saxlaması faktları isə saysız-hesabsızdır. Baş verən bu dəhşətli hadisə bütün bu xoş fikirlərin üstündən sanki qara xətt çəkir. Qayınananın oğlunun həyat yoldaşına qarşı bu qədər qəddar, nənənin nəvəsini öldürəcək qədər amansız olması dəhşətlidir.
Biz adətən ailə münaqişələri zamanı qətllərin kişilər tərəfindən törədildiyinin şahidi oluruq və onları qınayırıq. Amma baş verən hadisə göstərdi ki, bu, belə deyil. Qatil qatildir, onun hansı cinsə mənsub olduğu fərq etmir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR