Azərbaycanda avtomobil sahibləri avtomobillərin axtarışda yaxud yüklü olub-olmamasını elektron qaydada öyrənə biləcəklər

Azərbaycanda avtomobil sahibləri avtomobillərin axtarışda yaxud yüklü olub-olmamasını elektron qaydada öyrənə biləcəklər
# 15 iyul 2015 13:54 (UTC +04:00)

Bakı. Ramz Mikayıloğlu - APA. Daxili İşlər Nazirliyinin Kollegiyası “Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi üzrə inzibati reqlament”inin təsdiqlənməsi barədə qərar verib.

APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ödənişsiz göstəriləcək bu elektron xidmət avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayışın verilməsi üçün elektron müraciətin qəbul edilməsini, baxılmasını və baxılmanın nəticəsindən asılı olaraq müvafiq arayışın verilməsini nəzərdə tutur.

Elektron xidmətin istifadəçiləri nəqliyyat vasitələrinin mülkiyyətçiləri olan hüquqi və fiziki şəxslərdir. Elektron xidmət http://mia.gov.az/?/az/content/29861/ internet ünvanında təqdim olunur. Elektron xidmət barədə məlumatlandırma üçün http://mia.gov.az/?/az/content/29861/[email protected], [email protected] e-poçtlarından istifadə etmək olar.

Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlərə ərizə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsi daxildir. Sorğunun formalaşdırılmasına gəldikdə, istifadəçi tərəfindən ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və elektron poçt ünvanına göndərilir. Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və bu barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

İstifadəçi tərəfindən ərizə forması natamam və ya yanlış doldurulduqda sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin müvafiq sorğu ilə bağlı elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur. Sorğu qəbul edildikdən sonra dərhal qeydiyyata alınır və baxılması üçün DİN BDYPİ-nin Müayinə Mərkəzinə və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə elektron formada (internet vasitəsilə) ünvanlanır. Sorğuya DİN BDYPİ-nin Müayinə Mərkəzində və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində baxılaraq ərizədə göstərilən məlumatlar informasiya-axtarış bazasının məlumatları əsasında yoxlanılır. Sorğunun icrasına görə DİN BDYPİ-nin Müayinə Mərkəzinin və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəhbəri məsuliyyət daşıyır.

Sorğuya DİN BDYPİ-nin Müayinə Mərkəzində və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində baxıldığı zaman elektron formada doldurulmuş ərizədə göstərilən məlumatlarda aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların aradan qaldırılması barədə istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir. İstifadəçi tərəfindən təqdim edilən ərizədə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir. İstifadəçinin ərizəsində göstərilən məlumatlar informasiya-axtarış bazasının məlumatları əsasında yoxlanıldıqdan sonra müvafiq arayış tərtib olunaraq DİN BDYPİ-nin Müayinə Mərkəzinin və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Sorğu qeydiyyata alındığı tarixdən 1 iş günü ərzində icra olunur. Sorğunun nəticəsi üzrə tərtib olunmuş arayışın skan edilmiş surəti, həmçinin arayışın əslinin verilməsinin tarixi, vaxtı və yeri barədə məlumat istifadəçinin elektron poçt ünvanına göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR