Azərbaycan Müdafiə Nazirliyi: Nöqsanlara yol verən hərbçilərin bir qismi aşağı vəzifəyə keçirilib

Azərbaycan Müdafiə Nazirliyi: Nöqsanlara yol verən hərbçilərin bir qismi aşağı vəzifəyə keçirilib
# 19 avqust 2015 08:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə aparılan kadr dəyişikliklərinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, Müdafiə Nazirliyində aparılan yerdəyişmələrlə bağlı məsələdə kriminal axtarmağa ehtiyac yoxdur:

"Bu cür dəyişikliklər təbii qəbul edilməlidir. 2014-cü ilin yekunları və ondan sonrakı dövrdə müxtəlif sahələr üzrə Silahlı Qüvvələrdə aparılan yoxlamaların nəticələrindən sonra nöqsanlara yol verən hərbi qulluqçular bir neçə dəfə xəbərdar ediliblər. Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonadakı apardığı son yoxlamaların nəticələrinə əsasən əvvəllər edilən xəbərdarlıqdan nəticə çıxarmayan şəxslər barədə müvafiq qərarlar qəbul olunub, nöqsanlara yol verənlərin bir qismi aşağı vəzifəyə keçirilib, digərləri isə kənarlaşdırılıb. Eyni zamanda nailiyyətləri olan şəxslər vəzifədə irəli çəkilib. Bu kimi tədbirlər Silahlı Qüvvələrimizdə mütəmadi olaraq həyata keçiriləcək. Media nümayəndələrinə bu məsələdə qeyri-adilik axtarmamağı, kimin hansı rütbədə, hansı vəzifəyə təyin olunması və kənarlaşdırılması barədə məlumatları yaymamağı bir daha tövsiyə edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR