Azərbaycanda illik inflyasiya 1%-ə çatıb

Azərbaycanda illik inflyasiya 1%-ə çatıb
# 15 mart 2013 11:49 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-fevral ayları ərzində istehlak mallarının qiymətləri və xidmət tarifləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 1%, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0,4%, xidmət tarifləri 3,4% bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 0,2% ucuzlaşıb.

Qeyd edək ki, 2012-ci ilin yanvar-fevral aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 3,7% təşkil edib. Bu il üçün isə ölkədə inflyasiyanın 5,7% olacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR