Hesablama Palatası Suraxanı və Sabirabad rayonlarını yoxlayacaq

Hesablama Palatası Suraxanı və Sabirabad rayonlarını yoxlayacaq
# 07 fevral 2013 09:26 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Hesablama Palatasının dünən keçirilən kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən Cəlilabad rayon İcra Hakimiyyəti aparatına, şəhər inzibati ərazi nümayəndəliyinə, Mərkəzi Rayon Xəstəxanasına, Təhsil, Mədəniyyət və Turizm şöbələrinə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Cəlilabad rayonu üzrə Maliyyə İdarəsinə, dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən Lənkəran şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, habelə Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin gəlir və xərclərinin proqnozlaşdırılması və icrasına dair auditlərin nəticələri üzrə rəy və hesabatlar müzakirə olunaraq təsdiq olunub, nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

«APA-Economics»in məlumatına görə, Palatanın yaydığı məlumata əsasən, kollegiya iclasında həmçinin, dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən Sabirabad və Suraxanı rayon İcra Hakimiyyətlərinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara və dövlət büdcəsinin «Səhiyyə» bölməsindən Naxçıvan MR büdcəsi üzrə Naxçıvan Gigiyena və Epidemiologiya mərkəzinin saxlanılmasına ayrılan vəsaitlərin, büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair audit proqramları da təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR