Dalay Lama Azərbaycana məktub göndərib

Dalay Lama Azərbaycana məktub göndərib
# 03 aprel 2013 07:17 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göndərilən məktubda Dalay Lama qeyd edib ki, XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvinin insan hüquqlarına belə həssaslıqla yanaşdığını araşdırmaq və əsərlərində insan hüquqlarını təbliğ etməsini görmək təsirləndirici haldır və bir örnək hesab edilə bilər: “XXI əsrin utancverici halı olan qadın alveri, insan hüquqlarının pozulması kimi qlobal problemə 9 əsr bundan öncə yaşamış mütəfəkkir Nizami cavab verib. Onun ona qul olaraq göndərilən qadını azad edərək kənizi etməsi, qadına göstərdiyi qayğı cəmiyyət üçün çox önəmli bir haldır. Bəşəriyyətin anlaşması və birliyi baxımından bugünkü dünyanın dərin qarşılıqlı təbiətini anlamaq, bu qlobal məsələnin həllində effektiv beynəlxalq fəaliyyəti qurmaq üçün Nizami kimi ümumbəşəri dəyərləri birləşdirən mütəfəkkirlər müstəsna rol oynayır”.

Dalay Lama mərkəzin bəşəriyyət üçün önəmli olan problemlərə belə diqqətlə yanaşmasını yüksək qiymətləndirdiyini qeyd edib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Gəncə şəhər İcra Hakimiyyəti və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR