Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 15 fevral 2013 11:38 (UTC +04:00)

Penitensar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 7 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatı tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1959-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 180.2.2; 234.1; 66.3; 67.1 maddələri ilə təqsirli bilinərək 7 il 10 ay 05 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vaqif Mirzə oğlu Babayevə vətəndaş Ofik Zeynal qızı Babayeva və vətəndaş Aydın Xıdır oğlu Əliyevin gətirdikləri sovqata baxış keçirilib. Bu zaman yaşıl rəngli “Şampun” qabının içərisində gizlədilmiş, 1 (bir) ədəd sellofana bükülmüş, ümumi xalis çəkisi 4,923 qram narkotik vasitə olan “Heroin” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR