SOCAR may ayında dünya bazarında satışa çıxarılmış xam neftin qiymətlərini açıqlayıb

SOCAR may ayında dünya bazarında satışa çıxarılmış xam neftin qiymətlərini açıqlayıb
# 01 iyun 2015 15:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin may ayında dünya bazarında satışa çıxarılmış xam neftin qiymətlərini açıqlayıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, may ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 64,32 dollara, Urals nefti 64,32 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 65,16 dollara satılıb.

Ötən ilin may ayında isə dünya bazarında Brent tipli xam neftin 1 bareli 109,61 dollara, Urals nefti 107,77 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 111,42 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR