Fransanın Azərbaycandakı səfiri: “Həmsədrlərin planlarından, niyə bu qədər ehtiyatlı davranmalarından məlumatsızam”

Fransanın Azərbaycandakı səfiri: “Həmsədrlərin planlarından, niyə bu qədər ehtiyatlı davranmalarından məlumatsızam”
# 17 dekabr 2014 09:38 (UTC +04:00)

Bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye həmsədrlərin bölgəyə səfərləri və bir sıra məsələlərlə bağlı məlumatların mətbuatdan gizli saxlanmasının səbəbləri barədə APA-nın sualına cavab verərkən deyib.

Səfir qeyd edib ki, həmsədrlər çox ciddi şəkildə işləyir, münaqişə tərəfləri arasında dialoqun bərpası, danışıqların sürətlənməsi üçün əllərindən gələni əsirgəmirlər.

“Mən danışıqlar prosesini izləyirəm və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün yeniliklərdən xəbərim olur. Lakin mən sülh danışıqları ilə bağlı vəzifə daşımıram. Həmsədrlərin planlarından, niyə bu qədər ehtiyatlı davranmalarından məlumatsızam. Bölgəyə növbəti səfərin də nə vaxt təşkil olunacağını bilmirəm. Sadəcə deyə bilərəm ki, həmsədrlər arasında əlaqə çox yaxşı səviyyədədir, Azərbaycan və Ermənistan hökumətləri ilə davamlı təmasdadırlar. Münaqişənin həllində ünsiyyətin qorunması böyük əhəmiyyət daşıyır. Əgər bu ünsiyyəti pozsaq, onda indiyə qədər nail olduğumuz bütün irəliləyişləri itirərik. Lakin mən əminəm ki, həmsədrlərin və tərəflərin səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dialoqun və davamlı təmasın bərpasında nail olacağıq”, – deyə P. Mönye bildirib.

Fransalı həmsədr Pyer Andryunun mətbuatda az-az görünməsi barədə sualı da şərh edən səfir qeyd edib ki, P. Andryu danışıqlarda yetərincə fəaldır, lakin o, adətən birgə bəyanatların qəbulunda iştirak edir: “Mən onu həvəsləndirərəm ki, mətbuatla daha sıx işləsin”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR