BMT İsrailin Suriyaya aviazərbələr endirməsindən məlumatsız olduğunu bəyan edib

BMT İsrailin Suriyaya aviazərbələr endirməsindən məlumatsız olduğunu bəyan edib
# 31 yanvar 2013 02:52 (UTC +04:00)

Bakı-APA. İsrail təyyarələrinin Suriyadakı hərbi tədqiqatlar mərkəzinə zərbələr endirməsi barədə məlumatlar BMT-də yoxdur. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Eduarda Del Buey məlumat verib.

Onun sözlərinə görə, Livanın cənubundakı BMT sülhməramlıları İsrail hərbi-hava qüvvələrinin fəallaşmasını müşahidə ediblər. «BMT qüvvələri Livanın hava məkanının dəfələrlə pozulmasını qeydə alıblar. Bizdə olan məlumat yalnız bundan ibarətdir», deyə Eduardo Del Buey bildirib.

Xatırladaq ki, dünən İsrail təyyarələrinin Suriyanın Caramay məntəqəsindəki araşdırma mərkəzinə zərbə endirməsi nəticəsində 2 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR