“Cənubi Qafqazda səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi” layihəsinin təqdimatı keçirilir - FOTO

“Cənubi Qafqazda səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi” layihəsinin təqdimatı keçirilir - <span style="color: red;">FOTO
# 04 aprel 2013 08:03 (UTC +04:00)

APA-nın məlumatına görə, layihə Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Ümumi büdcəsi 1 milyon 492 min 457 avro olan 24 aylıq layihə üç Cənubi Qafqaz ölkəsində Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçiriləcək. Layihənin ümumi məqsədi Cənubi Qafqaz dövlətlərinin hər üçündə səmərəli readmissiya idarəçiliyi mexanizminin yaradılması və inkişafıdır.

Layihə readmissiya sazişlərinin bağlanmasına kömək edilməsi və sonrakı icrası ilə bağlı hökumətlərə texniki yardım və geri qayıdanların yerli cəmiyyətə davamlı reinteqrasiyasının dəstəklənməsi məqsədini daşıyır.

Layihənin Azərbaycanda üç istiqaməti olacaq:

- Readmissiya kazuslarının səmərəli idarəetmə sisteminin yaradılmasına yardım etmək;

- Miqrantları qəbul mərkəzlərinin idarə edilməsi üçün potensialları artırmaq;

- Geri qayıdan miqrantların reinteqrasiyasına yönələn səmərəli institusional mexanizmlərin yaradılmasına köməklik etmək.

Azərbaycanda layihənin icrası zamanı Beynəlxalq Miqrasiya Təşkilatı bir sıra dövlət tərəfdaşları – Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və vətəndaş cəmiyyəti tərəfdaşları ilə əməkdaşlıq edəcək. Bundan başqa, Belçika Federal İmmiqrasiya Xidməti, Niderland Təhlükəsizlik və Ədliyyə Nazirliyinin Repatriasiya və yola salma xidməti və Polşa Daxili İşlər Nazirliyi readmissiya və könüllü geri qayıdışa aid seminarlar və tədris səfərlərində Cənubi Qafqazdakı tərəf-müqabilləri ilə öz təcrübələrini bölüşərək tərəfdaş qismində çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR