Yekaterina Qamova Azərbaycanda oynaya bilər

Yekaterina Qamova Azərbaycanda oynaya bilər
# 20 fevral 2013 10:47 (UTC +04:00)

Bakı – APA. “Yekaterina Qamovanın Kazan “Dinamo”su ilə müqaviləsi başa çatır. Onun meneceri İnessa Qorxmaz olub və bu da voleybolçunun Azərbaycan, yaxud Türkiyəyə gedəcəyindən xəbər verir”. Apasport.az saytının məlumatına görə, bunu Moskva “Dinamo”sunun baş direktoru Vladimir Ziniçev deyib.


O, Kazan “Dinamo”sundan Tatyana Kaşelovanı transfer etdikdən sonra gələcək planlar barədə danışıb.

Ziniçev Rusiya mətbuatına verdiyi müsahibəsində Yekaterina Qamovanın Azərbaycan klublarına keçmək variantının da olduğunu söyləyib: “Yekaterina ötən il ailə həyatı qurub. Yəqin ki, daha az intensiv çempionatda çıxış etməyə üstünlük verəcək. Bu zaman ona Rusiyada olduğu kimi, uçuşlara vaxt sərf etmək lazım olmayacaq. Maliyyə planında isə Türkiyə və Azərbaycan klubları indi bizim aparıcı klublara heç nədə uduzmurlar”.

Qeyd edək ki, cari mövsümün əvvəlində də Qamova Bakı klublarının diqqət mərkəzinə düşmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR