Аlmaniyada sərnişin qatarı yük maşını ilə toqquşub - YENİLƏNİB

Аlmaniyada sərnişin qatarı yük maşını ilə toqquşub - <span style="color: red;">YENİLƏNİB
# 06 noyabr 2015 03:52 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Bavariya federal torpağının ərazisində, Frayunq şəhəri yaxınlığında baş verib.

Məlumata əsasən, içərisində 50 sərnişin olan qatar dəmiryol keçidində yük maşını ilə toqquşub. Qatar avtomobili vuraraq 1 km sürüyəndən sonra hər iki nəqliyyat vasitəsində yanğın başlayıb. Qatarın maşinisti itkin düşüb.

AFP agentliyinin məlumatına əsasən, yük avtomobili ABŞ ordusuna məxsusdur.

***

03:51

Bakı-APA. Almaniyada dəmiryol keçidində sərnişin qatarı yük maşını ilə toqquşub.

APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə ölkənin cənubunda, Bavariya federal torpağının ərazisində qeydə alınıb

İlkin məlumata əsasən, qəza nəticəsində xeyli sayda ölən və xəsarət alan var. Toqquşmadan dərhal sonra partlayış verib. Regional xətt üzrə hərəkət edən qatarda 50-dək sərnişinin olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR