Qar uçqunu nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb

Qar uçqunu nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb
# 25 fevral 2015 07:53 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Fevral 22-də baş verən qar uçqunu nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb.

Bu barədə APA-nın yerli bürosuna Quba 6 saylı Yol İstismar İdarəsindən məlumat verilib. Yolun açılması nəticəsində rayon mərkəzi ilə əlaqəsi kəsilən 7 kəndlə nəqliyyat yolu bərpa olunub.

Qeyd edək ki, Quba-Xınalıq yolunda 10-dək qar uçqunu baş vermişdi. Yol tamamilə bağlanmış, 7 kəndlə əlaqə kəsilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR