Azərbaycan çempionu Bundesliqada oynayacaq

Azərbaycan çempionu Bundesliqada oynayacaq
# 24 oktyabr 2014 06:42 (UTC +04:00)

Bakı – APA. “Rabitə”nin amerikalı voleybolçusu Kristi Cekson karyerasını Almaniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 24 yaşlı blokçu “Dresdner”lə danışıqları müsbət yekunlaşdırıb.

Azərbaycan çempionu Bundesliqa klubu ilə 1 illik rəsmi müqaviləyə imza atıb. Cekson yeni komandasında icarə əsasında oynayacaq.

Qeyd edək ki, Kristi daha öncə “İqtisadçı” ilə anlaşsa da, Bakı klubunun tarixin yaddaşına qovuşması səbəbindən “Rabitə”nin düşərgəsinə qayıtmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR