ABŞ-ın Ferqüsson şəhərində yenidən polislə sakinlər arasında toqquşmalar başlayıb

ABŞ-ın Ferqüsson şəhərində yenidən polislə sakinlər arasında toqquşmalar başlayıb
# 25 noyabr 2014 07:17 (UTC +04:00)

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, jürinin qərarının elan olunmasından sonra şəhərin küçələrinə toplaşmış insanlar buna etirazlarını bildiriblər. Aqressiv əhval-ruhiyyəli bəzi sakinlər hüquq-mühafizə orqanları əməkdaşlarının avtomobillərinə hücumlar edərək onlara “butılka”lar atıblar. Bəzi radikallar mağazalara da hücumlar edib. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edərək onları dağıtmağa çalışıb.

Qeyd edək ki, qara dərili gənc Maykl Braunu güllələyən ağ dərili polis Darren Uilson barədə məhkəmə qərarı noyabrın 24-də gecə yarısı elan olunub. Andlılar məhkəməsi onu cinayət məsuliyyətinə cəlb etmək üçün əsas olmadığı qənaətinə gəlib. M. Braunun ailəsi bu qərardan dərin məyusluq keçirdiyini bildirib.

Xatırladaq ki, qətl hadisəsi avqustun 9-da baş verib. Bəzi şahidlər polislə gənc arasında mübahisə baş verdiyini deyiblər. Gəncin əlini qaldırmasına baxmayaraq, polis ona dəfələrlə atəş açıb. Lakin polisin versiyasına görə, Braun polisə hücum edib. Olaydan sonra Ferqüssonda bir neçə həftə davam edən iğtişaş baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR