Dünya fond bazarında əksər səhmlər yüksəlib, qızıl 11 dollar bahalaşıb

Dünya fond bazarında əksər səhmlər yüksəlib, qızıl 11 dollar bahalaşıb
# 11 aprel 2015 07:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,55% - 18 057,65 bəndədək, S&P 500 0,52% - 2 102,06 bəndədək, NASDAQ 0,43% - 4 995,98 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,06% - 7 089,77 bəndədək, Fransa CAC-40-ı 0,60% - 5 240,46 bəndədək, Almaniya DAX-ı 1,71% - 12 374,73 bəndədək artıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,15% - 19 907,63 bəndədək azalıb, Hang Seng 1,22% - 27 272,39 bəndədək, Shanghai 1,93% - 4 344,42 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 11 dollar artaraq 1 204,60 dollara, gümüş isə 0,21 dollar bahalaşaraq 16,38 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR