Azərbaycan XİN: Ermənilərin indi uşaq bağçası açdığı Zəngilanda 1993-cü ildə erməni yaşamırdı

Azərbaycan XİN: Ermənilərin indi uşaq bağçası açdığı Zəngilanda 1993-cü ildə erməni yaşamırdı
# 29 oktyabr 2014 14:52 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Ermənilərin indi uşaq bağçası açdığı Zəngilanda 1993-cü ildə erməni yaşamırdı”. APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib. O bildirib ki, prezidentlər səviyyəsində bu ilin 27 oktyabr tarixində Parisdə keçirilmiş görüşün fonunda Ermənistanın bu addımı təxribat xarakteri daşıyır: "1993-cü ilin 29 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Zəngilanda heç vaxt ermənilər yaşamamışdı. Bu kimi addımlar bir daha ona dəlalət edir ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini ilhaq etmək siyasəti yürüdür”.

Mətbuat katibi bəyan edib ki, işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bu kimi fəaliyyətin aparılması 1949-cu il Cenevrə Konvesiyası və onun əlavə protokollarına birbaşa ziddir: “BMT Təhlükəsizlik Şurasının 1993-cü il 11 noyabr tarixli 884 saylı qətnaməsində Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi pislənilir və işğalçı qüvvələrin həmin ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur”.

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələri işğal altındakı Zəngilanda uşaq bağçasının açılışının keçirildiyi haqda xəbər yayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR