Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 20-də saat 3 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Bakı şəhər sakini Əsəd Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobili beton maneəyə vurub və nəticədə sürücü hadisə yerində ölüb.