Azərbaycanın sənaye və energetika naziri Norveçdə səfərdədir

Azərbaycanın sənaye və energetika naziri Norveçdə səfərdədir
# 01 may 2013 13:43 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev Norveçdə işgüzar səfərdədir. APA-nın Norveç Neft və Enerji Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər zamanı N.Əliyev norveçli həmkarı Ola Borten ilə görüşüb. Görüşdə nazirlər iki ölkənin enerji sahəsində yeritdiyi siyasət, mövcud problemlər, əməkdaşlıq imkanları, resursların idarə olunması, habelə «Statoil» şirkətinin Azərbaycandakı fəaliyyəti ilə bağlı müzakirə aparıblar.

«Norveç Azərbaycan tərəfinə neft resurslarının idarə olunması və dayanaqlı istifadə sahəsində öz texniki təcrübəsi ilə bölüşməyə hazırdır», - deyə O.Borten vurğulayıb.

Səfər çəçivəsində N.Əliyev «Aker Solutions» və «Statoil» şirkətlərinin «Troll» platformasında olub.

Xatırladaq ki, «Statoil» şirkəti Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və hazırda bir sıra beynəlxalq neft-qaz və nəqletmə layihəsinin iştirakçısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR