Bakıda nəqliyyat vasitələrinin pərdə və plyonkalarla idarə edilməsi hallarına qarşı reydlər keçirilir

 Bakıda nəqliyyat vasitələrinin pərdə və plyonkalarla idarə edilməsi hallarına qarşı reydlər keçirilir
# 13 fevral 2013 11:54 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, pərdə və plyonkalarla nəqliyyat vasitəsini idarə edən sürücülərə qarşı reydlər paytaxtın müxtəlif ərazilərində, o cümlədən Bakıxanov, Cəfər Xəndan, Ceyhun Hacıbəyli, Rəsul Rza, Səməd Vurğun, Vaqif küçələrində, Neftçilər, Azadlıq prospektlərində, “Azneft” meydanında aparılıb.

Reydlər zamanı 27 nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb, 40 nəqliyyat vasitəsinin sürücüləri haqda müvafiq protokollar tərtib edilib. V. Əsədov sürücülərə müraciətində bildirib ki, vəzifəsindən, kimliyində asılı olmayaraq avtomobilində pərdə və plyonka olan sürücülər haqqında cəza tədbirləri görüləcək.

Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyev “Regionların 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda avtomobillərə pərdə və plyonka vurulmasını tənqid edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR