MTRŞ İctimai Televiziyanın baş direktoru vəzifəsinə müsabiqə elan edib

MTRŞ İctimai Televiziyanın baş direktoru vəzifəsinə müsabiqə elan edib
# 04 aprel 2013 08:36 (UTC +04:00)

MTRŞ-dən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak edəcək şəxs Azərbaycan vətəndaşı və ali təhsilli olmalıdır.

Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər ərizə, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, tərcümeyi-hal, kadrların şəxsi uçot vərəqi və ali təhsil haqqında dövlət sənədini 4-19 aprel tarixlərində Milli Televiziya və Radio Şurasına təqdim etməlidir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra «İctimai Televiziya və Radio Yayımı haqqanda» Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin siyahısı İctimai Televiziya və Radio Yayım Şurasına təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR