Goranboyda qadını ilan sancıb

Goranboyda qadını ilan sancıb
# 10 iyul 2016 00:37 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Goranboyda qadını ilan sancıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Goranboy rayon Gülməmmədli kənd sakini, 1968-ci il təvəllüdlü Gültəkin Bağırova yaşadığı evin həyətində gəzən zaman ilan onun sağ topuq nahiyəsindən sancıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR