Ağdamda məktəb binası uçub

Ağdamda məktəb binası uçub
# 16 aprel 2013 17:43 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Cabbar bəy İsmayılbəy oğlu Vəlibəyov adına Birinci Baharlı kənd orta məktəbinin binası uçaraq yararsız hala düşüb. Müəllim və valideynlərin sözlərinə görə, ötən əsrin 70-ci illərində inşa olunan bina uzun illər təmir edilmədiyindən istifadəyə yarasız vəziyyətdə olub. Tikilinin bir hissəsinin uçması nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin mütəxəssisləri, Ağdam Rayon İcra Hakimiyyəti və Ağdam Rayon Təhsil Şöbəsinin rəhbər işçiləri gəliblər. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov valideynlərə və məktəbin kollektivinə bildirib ki, təhsil müəssisəsinin fəaliyyətinin davam etdirilməsi üçün lazımi köməklik göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR