Xırdalanda 45 yaşlı kişi intihar edib

Xırdalanda 45 yaşlı kişi intihar edib
# 15 aprel 2013 08:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Abşeronda intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Şəhər sakini, 1968-ci il təvəllüdlü Həşimov İlqar Heydər oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR