«Atabank»ın mənfəəti son bir ildə 41% artıb

«Atabank»ın mənfəəti son bir ildə 41% artıb
# 22 fevral 2013 11:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Atabank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 33,165 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji göstəricisindən 45,0% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın xərcləri 45,5% artaraq 28,774 mln. manata çatıb.

Bankdan bildirilib ki, ötən ilin yekununda bank 4,391 mln. manat həcmində mənfəət əldə edib və bu, 2011-ci ilin göstəricisindən 41,1% çoxdur.

Qeyd edək ki, hesabat dövründə «Atabank»ın faiz gəlirləri 26,095 mln. manat, qeyri-faiz gəlirləri 7,070 mln. manat, faiz xərcləri 12,380 mln. manat, qeyri-faiz xərcləri isə 1,606 mln. manata bərabər olub. Ötən il bankın faiz mənfəəti 53,9% artıb. Həmçinin, 2012-ci ildə qeyri-faiz əməliyyatları üzrə 5,5 mln. manatlıq mənfəət yaranıb, halbuki 2011-ci ildə 5,8 mln. manatlıq zərər müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR