Səmra Özal Turqut Özalın öldürüldüyü və qatilin Azərbaycanda olduğu haqda anonim məktub aldığını açıqlayıb

Səmra Özal Turqut Özalın öldürüldüyü və qatilin Azərbaycanda olduğu haqda anonim məktub aldığını açıqlayıb
# 19 aprel 2013 12:53 (UTC +04:00)

Bakı – APA. Türkiyənin səkkizinci prezidenti Turqut Özalın ölümü ilə bağlı onu xanımı Səmra Özalın istintaqa verdiyi ifadə mediaya məlum olub. APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, S. Özal ifadəsində deyib ki, 15 il əvvəl naməlum bir şəxsdən məktub alıb, bu məktubda T. Özalın öldürüldüyü bildirilib və qatilin adı yazılıb: “Həyat yoldaşım vəfat etdikdən sonra İstanbulda yaşadığım evə bir nəfər gəlib və qapıdakı mühafizəçilərə Səmra xanımla mütləq görüşmək istədiyini söyləyib. Mən həmin an evdə olmamışam. Mühafizəçilər evdə olmadığımı dedikdə həmin şəxs onlara bir kağız verib. Kağızda aşağıdakı sözlər yazılmışdı: “Turqut Özalı öldürüblər. Qatil Azərbaycandadır. Adı Həsən Əlioğludur””.

Səmra Özal bu kağızı oxuduqdan sonra dərhal hərəkətə keçdiyini, lakin Həsən Əlioğlu adında adamın izinə düşə bilmədiyini bildirib.

Səmra Özal mərhum prezidentin ölüm anını da müstəntiqə danışıb. O, T. Özalın qəflətən yerə yıxıldığını və ağzından ağ rəngli bir mayenin axdığını deyib. T. Özal xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Xatırladaq ki, 1993-cü il aprelin 17-də vəfat edən Turqut Özal ölümündən iki gün əvvəl Azərbaycanda səfərdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR