Doğu Akdeniz Universitetinin Azərbaycan Tələbə Cəmiyyəti “Xocalıya Ədalət “ yürüşü keçirib - FOTOSESSİYA

Doğu Akdeniz Universitetinin Azərbaycan Tələbə Cəmiyyəti “Xocalıya Ədalət “ yürüşü keçirib  - <span style="color: red;">FOTOSESSİYA
# 27 fevral 2013 02:24 (UTC +04:00)

Bakı-APA. Şimali Kiprdə yerləşən Doğu Akdeniz Universitetinin Azərbaycan Tələbə Cəmiyyəti fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Xocalıya Ədalət” yürüşü keçirib. Azərbaycanlı, türkiyəli və bir sıra beynəlxalq tələbələrin qatıldığı yürüşdə “Justice for Kohjaly “, “Yerevanı Yakarız “, “Azərbaycan bir olsun, İstəmiyən kor olsun”, ”Bir gecə qəflətən gələ bilərik”, ”Nə mutlu Türkəm deyənə”, ”Hamımız Xocalıdanıq“, ”Vətən başın sağ olsun“ və sair şüarlar səsləndirilib.

Kampusun Gənclik Meydanına qədər davam edən yürüş anım tədbiri ilə davam edib. Azərbaycan və Türkiyə himnləri səsləndirildikdən sonra universitetdə 1 dəqiqəlik həyəcan siqnalı ilə şəhidlərin ruhuna sükut duruşu ilə başlanılıb. Azərbaycan Tələbə Cəmiyyətinin prezidenti Elçin Süleymanov çıxışında bu soyqırımı 21-ci əsrin faciəsi adlandıraraq Zori Balayanın mənfur kitabından sitatlar gətirərək erməni idarə sisteminin irqçi və insanlığa qarşı qəddar mövqeyə əsaslandığını bildirib. Daha sonra çıxış edən Doğu Akdeniz Universitetinin rektoru Abdullah Öztoprak Xocalı faciəsini törədən Ermənistanı qəti sürətdə pisləmiş və Kipr türkü kimi Azərbaycanın acısının başa düşdüyünü bildirərək, çıxışında Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyə o bildirib.

Anım yürüşündən sonra tələbələr universitetin Mustafa Afşin Ersoy salonunda azərbaycanlı rejissor Vahid Mustafayevin çəkdiyi “Xoca” filminin nümayişi ilə Xocalı şəhidlərini anıb. Daha sonra çıxış edən Şimali Kipr tarixçilərindən Haticə Şahin Xocalı hadisələrinə tarixi qiymət verərkən erməni yalanlarını qınadığını bildirib.

Doğu Akdeniz Universitetindəki Azərbaycan Tələbə Cəmiyyəti adından Elçin Süleymanov Anım yürüşündə əməyi keçən hər bir kəsə, eləcədə universitet rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Tədbir Şimali Kİpr Türk Cumhuriyyəti telekanalları tərəfindən canlı efirə verilib və müxtəlif xəbər qəzetlərində işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR