Bank Of Baku

“T-Kredit” və “Fintrend” BOKT-un lisenziyası ləğv edilib

“T-Kredit” və “Fintrend” BOKT-un lisenziyası ləğv edilib
# 01 oktyabr 2026 14:18 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı “T-Kredit” BOKT MMC-nin və “Fintrend” BOKT MMC-nin lisenziyasını ləğv edib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, “T-Kredit” Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli Qərarı ilə, “T-Kredit” Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 28.07.2026-cı il tarixli, BKT-51 nömrəli lisenziya ləğv edilib.

İdarə Heyətinin yuxarıda göstərilən Qərarı ilə, həmçinin, Qanunun 25-ci maddəsinə əsasən, prudensial tələblərə riayət etməməklə Mərkəzi Banka təhrif olunmuş hesabatların təqdim olunmasına görə “Fintrend” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 05.06.2014-cü il tarixli, BKT-24 nömrəli lisenziya ləğv edilib.

Qanuna əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR