“Hicaba azadlıq!” aksiyasına görə tutulmuş şəxslərdən daha bir qrupunun məhkəməsi başlayıb

“Hicaba azadlıq!” aksiyasına görə tutulmuş şəxslərdən daha bir qrupunun məhkəməsi başlayıb
# 12 aprel 2013 11:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda “Hicaba azadlıq!” tələbi ilə keçirilən razılaşdırılmamış aksiyada iştiraka görə tutulmuş şəxslərdən daha bir qrupunun məhkəməsi başlayıb.

APA-nın məlumatına görə, Nərimanov rayon Məhkəməsində Elçin Quliyev və digər 10 nəfər təqsirləndirilən şəxsin məhkəmə prosesində müdafiə tərəfi cinayət işinə xitam verilməsi və onların barələrində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatət veriblər. Lakin vəsatətlər təmin olunmayıb.

Prosesin baxış iclası isə aprelin 19-na təyin olunub.

Qeyd edək ki, 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” tələbi ilə keçirilən aksiyada iştirakına görə tutulmuş şəxslərin ümumi sayı 32 nəfər olub. Həmin şəxslərdən bir qrupunun işi bir müddət əvvəl məhkəməyə göndərilib. Hazırda onların məhkəmə prosesləri davam etdirilir.

Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR