Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 5 mlrd. dollara çatacaq

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 5 mlrd. dollara çatacaq
# 26 noyabr 2012 14:11 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Qarşıdakı illər ərzində Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artacağı və 2015-ci ildə 5 mlrd. ABŞ dollarına həddinə çatacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin bu gün Bakıda keçirilən biznes forumunda Türk Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyətinin (TUSİAB) rəhbəri Murad Bakır bildirib.

Onun sözlərinə görə, bu il Türkiyə şirkətləri Azərbaycana 1,9 mlrd. dollar, Azərbaycan şirkətləri isə Türkiyəyə 4,5 mlrd. dollar investisiya yatırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR