Rövnəq Abdullayev Qurban Qurbanovun milli komandaya gətirlməməsinin səbəbini açıqlayıb - VİDEO

Rövnəq Abdullayev Qurban Qurbanovun milli komandaya gətirlməməsinin səbəbini açıqlayıb - <span style="color: red;">VİDEO
# 03 dekabr 2014 12:03 (UTC +04:00)

Qərara gələ bilmədik. 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi də bizə əsas millinin baş məşqçisi qədər vacibdi”. Apasport.az saytının xəbərinə görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Bu gün baş tutan İcraiyyə Komitəsinin iclasından sonra AFFA prezidenti mətbuat konfransı keçirib. O, 2018-ci ilin seçmə mərhələsinə kimi müqavilə imzalanın xorvatiyalı mütəxəssis Robert Prosineçkinin qarşısına qoyulan hədəfləri açıqlayıb: “Həm cavandı, həm də milliyə yeni oyun stili gətirə bilər. Onun qarşısına konkret məsələ qoyulub. Azərbaycan prezidentinin ən böyük arzusudu ki, böyük yarışları Bakıya gətirsin. Avro-2020-yə çıxa bilsək, millimizin 2 görüşü burda keçiriləcək”.

AFFA prezidenti hazırda “Qarabağ”da çalışan Qurban Qurbanovun milliyə gətirilməməsinin səbəblərini də açıqlayıb. R.Abullayev bildirib ki, əsas komandaya gətirilməsi onun üçün problem yarada bilər: “Qurbanovu o vaxt “Neftçi”yə mən gətirdim. Hamı istefa qışqıranda, mən buna qarşı çıxırdım. Qurban ağıllı və bacarıqlı məşqçidi. Amma biz onu “Qarabağ”dan ayırsaq, ordan da olacaq, burdan da. Qurban millidə 2 oyun uduzsa, hamı istefa qışqıracaq”.

R.Abdullayev imkanlı şəxslərin futbola cəlb olunmasına da münasibət bildirib. Onun sözlərinə görə, hamını futbola cəlb etmək mümkün deyil: “İnsanların futbola gəlməsi üçün yaxşı oynamaları lazımdı. Bunun üçün heç olmasa, insanlar 1 manat verib bilet almalıdırlar. Bu kimi problemlər birlikdə həll olunur. Futbolun ictimai dəstəyi də olmalıdı. Təkcə milyonçuları cəlb etməklə alınmır. Bu, mənim də ən yaralı yerimdi”.


AFFA prezidenti Topaz Premyer Liqasından imtina edən “Araz Naxçıvan”la bağlı da danışıb. O bildirib ki, heç də hər şey hakimliklə bağlı deyil: “Hər hakim səhv edə bilər. Deməyə nə var ki? “Araz Naxçıvan”ı hansısa səbəb küsdürmədi. Səbəb hakimlik deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR