Gəncə Regional Mühafizə İdarəsinə yeni rəis təyin edilib

Gəncə Regional Mühafizə İdarəsinə yeni rəis təyin edilib
# 02 may 2013 14:15 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə yeni təyinat olub. İdarədən APA-nın qərb bürosuna verilən məlumata görə, daxili işlər naziri Ramil Usubov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin rəis müavini işləyən Şəmistan Kərimov qurumun rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Gəncə Regional Mühafizə İdarəsinin rəisi, polis polkovniki Süleyman İsgəndərov bu ilin mart ayından təqaüdə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR