ADP İdarə Heyətinin toplantısı keçirilib

ADP İdarə Heyətinin toplantısı keçirilib
# 18 mart 2013 14:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyəti ilk növbədə hökumətin parlament qarşısında verdiyi hesabata münasibət bildirib. Eyni zamanda baş nazirin hesabatını formal addım kimi qiymətləndirən partiya rəsmiləri, verilən hesabatın ölkədəki sosial-iqtisadi durumu düzgün əks etdirmədiyini bildiriblər.

Toplantıda qeyd edilib ki, ölkədə baş verən narazılıqların əsas səbəbləri araşdırılmalı, siyasi və iqtisadi sabitliyə zəmin yaradan konstitusion islahatlar həyata keçirilməli, demokratik seçkilərə start verilməlidir.

İdarə Heyəti üzvləri ATƏT-in baş katibinin Azərbaycana səfərinə münasibət bildirərək, bu barədə əhatəli açıqlama verilməməsindən narahatlıqlarını ifadə edib və beynəlxalq təşkilatların bu cür münasibətini onların Azərbaycanda demokratiya ilə bağlı siyasətinin iflası kimi dəyərləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR