Prezident İlham Əliyev Bakının 54 nömrəli məktəbinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub - VİDEO - FOTOSESSİYA

Prezident İlham Əliyev Bakının 54 nömrəli məktəbinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 02 sentyabr 2014 11:03 (UTC +04:00)

APA – nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətin başçısı Hacıbala Abutalıbov 54 nömrəli tam orta məktəbdə görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Qeyd edilib ki, bu məktəbin binası 1976-cı ildə inşa olunub. Üçmərtəbəli bina iki korpusdan ibarətdir. 56 sinif otağı olan məktəb 1076 şagird yerlikdir. Yeni dərs ili ərəfəsində 54 nömrəli tam orta məktəbin binası əsaslı şəkildə yenidən qurulub. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində təmir edilib. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Məktəbin 1 hektar yarım həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.


Dövlət başçısı sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR