FHN-in Muğan Regional Mərkəzi Salyanda futzal turniri keçirib - FOTOSESSİYA - VİDEO

FHN-in Muğan Regional Mərkəzi Salyanda futzal turniri keçirib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 29 sentyabr 2015 09:16 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubiley ilə əlaqədar olaraq silsilə tədbirlərə start verilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yubiley tədbirlərinin keçirilməsi ilə əlaqədar Muğan Regional Mərkəzinin təsdiq olunmuş planına əsasən nazirliyin xidməti ərazidə mövcud olan müxtəlif struktur qurumları arasında futzal turniri keçirilib. Turnirdə Mərkəzin, Dövlət Yanğın Nəzarət İdarəsinin, Dövlət Sularda Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Hissələrinin 8 komandası iştirak edib.

Sonda qalib komanda Muğan Regional Mərkəzinin rəhbərliyi tərəfindən mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR