Qobustan sakini faciəli şəkildə ölüb

Qobustan sakini faciəli şəkildə ölüb
# 02 dekabr 2014 09:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda faciəli hadisə baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 1-də Xətai rayonunun Babək prospektində yerləşən avtomobillərin təmiri sexində, orada işləyən Qobustan rayon sakini Habil Əzizov təmir işləri apararkən qaldırıcı qurğunun qırılması nəticəsində avtomobil onun üzərinə düşüb. Xəsarətlə xəstəxanaya yerləşdirilən H.Əzizov orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR